qanun.info.az
qanun.info.az

Bakıda adam oğurlayan dəstəyə cəza verildi

Bakıda adam oğurlayan dəstəyə cəza verildi
21-06-2022, 14:09 19 dəfə baxılıb

Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda təqsirləndirilən dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən Vidadi Məlikov 14 il, Rəşad Hüseynov və Zamin Hüseynov 11 il, Şahnaz İbrahimova 10 il, Mirməhəmməd Qədirov və Elçin Babayev isə 9 il azadlıqdan məhrum edilib.

 

 

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 145.2.5 (145.2.5-ci (qanunsuz azadlıqdan məhrum etmə) maddəsi ilə təqsirli biliniblər.

Cinayət işi üzrə 3 nəfər zərərçəkmiş qismində tanınıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA