qanun.info.az
qanun.info.az

Sonuncu kurs tələbəsi dənizdə boğulub ölüb

Sonuncu kurs tələbəsi dənizdə boğulub ölüb
22-06-2022, 15:06 18 dəfə baxılıb

BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecin sonuncu kurs tələbəsi Səfər Niftaliyev bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Mətbuat xidmətinin rəhbəri Kəmalə Quliyeva bildirib.

O qeyd edib ki, dənizdə batan Səfər Niftaliyevin meyiti bu gün səhər saat 5 radələrində tapılaraq ailəsinə təhvil verilib.

"O, kollecin Tələbə Gənclər Təşkilatının sədr müavini və çox aktiv tələbə olub.

Tələbəmizin vaxtsız vəfatından kədərləndiyimizi bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı veririk",- K.Quliyeva deyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA