qanun.info.az
qanun.info.az

Şəkidə tarixi abidədə qanunsuz qazıntı işləri aparanlar saxlanıldı

Şəkidə tarixi abidədə qanunsuz qazıntı işləri aparanlar saxlanıldı
22-06-2022, 15:10 22 dəfə baxılıb

İyunun 20-də Şəki Şəhər Rayon Polis Şöbəsinə rayonun Orta Zəyzid kəndi ərazisində yerləşən tarixi abidədə qanunsuz qazıntı işlərinin aparılması ilə bağlı məlumat daxil olub.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin yerə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb. Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törədənlərin rayon sakinləri - Şamil Kərimov və Bayram Ağaməmmədov olduqları müəyyən edilib. Onlar ifadələrində abidənin giriş hissəsində qanunsuz qazıntı işləri apardıqlarını etiraf ediblər, oradan tarixi əşya və yaxud maddi mədəniyyət nümunəsi tapmadıqlarını bildiriblər.

Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, qanunsuz qazıntı işləri aparılan həmin tarixi abidənin hər hansısa bir hissəsinə ziyan dəyməyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA