qanun.info.az
qanun.info.az

Mingəçevirdə toyda tamada qonağı bıçaqladı

Mingəçevirdə toyda tamada qonağı bıçaqladı
22-06-2022, 15:15 19 dəfə baxılıb

Mingəçevirdə toy məclisində dava olub.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzindəki "Altun" şadlıq sarayında keçirilən toy məclisində baş verib.

Toyda tamada olan Orxan Hüseynovla qonaq qismində iştirak edən Elşən Abbasov arasında mübahisə yaranıb.

Mübahisə nəticəsində tamada Orxan Hüseynov Elçən Abbasovu bıçaqlayıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Trend-in sorğusuna cavab olaraq bildirib ki, hadisəni törədən şəxs saxlanılıb və faktla bağlı da Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA