Beyləqanda zəhərlənənlərin vəziyyəti açıqlanıb - Rəsmi
Beyləqanda zəhərlənmə ilə xəstəxanaya yerləşdirilən şəxslərin vəziyyəti stabildir.
Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, bunu açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Mərkəzinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamirə Ədilova deyib.
O bildirib ki, həmin şəxslər hazırda stasionar nəzarətdədir: "Vəziyyətləri stabildir, gün ərzində həmin şəxslər ambulator müalicə üçün evə buraxılacaqlar".
Xatırladaq ki, Beyləqan rayonunda 15 nəfər pambıq sahəsində pambıq yığarkən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.