qanun.info.az
qanun.info.az

Bakıda evlərdən çox sayda oğurluq edən şəxs saxlanılıb

Bakıda evlərdən çox sayda oğurluq edən şəxs saxlanılıb
23-06-2022, 12:27 17 dəfə baxılıb

Nərimanov rayonu və paytaxtın digər ərazilərində evlərdən çox sayda oğurluqlar edən şəxs saxlanılıb.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, paytaxtın Nərimanov rayonunda yerləşən mənzillərdən birindən oğurluq edilib.

Zərərçəkən Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə müraciət edərək evdən 6500 manat pulun oğurlandığını bildirib. Eyni məzmunlu şikayətlərlə Nərimanov rayonunda yaşayan daha bir neçə sakinin ərizəsi Polis Bölməsində qeydə alınıb. Onlar da evlərindən qızıl-zinət əşyalarının və pul vəsaitlərinin oğurlandığını bildiriblər. Aparılan araşdırmalar, eləcə də hadisə yerlərinə baxış keçirilən zaman oğurluqların eyni şəxs tərəfindən törədildiyi müəyyən edilib.

Nərimanov Rayon Polis İdarəsi və 16-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən əvvəllər də oğurluq cinayətləri etdiyi üçün dəfələrlə məhkum olunmuş Elman Hüseynzadə saxlanılıb. Onun oğurluq etrdiyi ünvanlara getməsi təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA