qanun.info.az
qanun.info.az

Qonşusunu öldürmək istəyən şəxsin cinayət işi məhkəməyə göndərilib

Qonşusunu öldürmək istəyən şəxsin cinayət işi məhkəməyə göndərilib
29-06-2022, 11:49 18 dəfə baxılıb

08 mart 2022-ci il tarixdə Mingəçevir şəhər sakini Elnar Rəcəbova bıçaqla xəsarətlər yetirilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Mingəçevir şəhər prokurorluğundan verilən məlumata görə, aparılmış istintaqla zərərçəkmişin qonşusu Şirxan Hacıələkbərovun heç bir səbəb olmadan xuliqanlıq niyyəti ilə bıçaqla Elnar Rəcəbova xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Şirxan Hacıələkbərova Cinayət Məcəlləsinin 29, 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA