qanun.info.az
qanun.info.az

Hüquq- mühafizə orqanları əməkdaşları adından dələduzluq edən şəxsə hökm oxundu

Hüquq- mühafizə orqanları əməkdaşları adından dələduzluq edən şəxsə hökm oxundu
1-07-2022, 14:33 23 dəfə baxılıb

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq etməkdə təqsirləndirilən Fuad Sadıxlıya hökm oxunub.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, hakimi Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs 7 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, F.Sadıxlı zərərçəkmiş Tahir Abdullayevə özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edib. O, həmin şəxsdən 20 min manat alaraq onun oğlunu hüquq-mühafizə orqanlarına işə düzəldəcəyi barədə vəd verib.

Həmçinin F.Sadıxlı digər zərərçəkmiş Tahir Hüseynovu da eyni üsulla aldadaraq ondan 100 min manat pul alıb.

Daha sonra o, verdiyi vədə əməl etməyib. Zərərçəkmişlərin şikayəti əsasında saxlanılan F.Sadıxlının barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA