Türkiyədə uçqun nəticəsində həlak olan azərbaycanlının şəxsiyyəti məlum olub
Türkiyənin Artvin vilayətində torpaq uçqunu zamanı həlak olan azərbaycanlı sürücünün şəxsiyyəti bəlli olub.
Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, bu barədə sorğusuna cavab olaraq Beynəlxalq Avtomobil Daşıyıcıları Assosasiyasından (ABADA) bildirilib.
Bildirilib ki, Artvin vilayətində torpaq uçqunu zamanı həlak olan azərbaycanlı sürücünün şəxsiyyəti bəlli olub. 99-HY-188 dövlət nömrə nişanlı yük avtonəqliyyat vasitəsinin sürücüsü Şahlar Kərimovdur.