qanun.info.az
qanun.info.az

Bakıda 65 min manatlıq dələduzluqda təqsirləndirilən şəxsə bəraət verildi

Bakıda 65 min manatlıq dələduzluqda təqsirləndirilən şəxsə bəraət verildi
1-07-2022, 15:30 24 dəfə baxılıb

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Ceyhun Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, hakim Məhəmməd Əkbərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ceyhun Hüseynovun cinayəti sübuta yetirilməyib və ona bəraət verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, təqsirləndirilən şəxs tanışına 2020-ci ildə avtomobil alqı-satqısı ilə məşğul olduğunu, "Muğan Bank”da işləyən "Ruslan” adlı dostu vasitəsilə həmin bankın balansında olan hərraca çtxarılacaq avtomobillərlə bağlı biznes quracağını vəd verib.

O, həmin bankda depozit hesabında külli miqdarda pul olduğu halda qabaqcadan ucuz qiymətə avtomobil alacağına, yenidən satışa çıxarıb gəlir əldə edəcəyinə inandırıb. Bu məqsədlə ondan 65 min manat alıb. Hər avtomobilə görə 1000 manat qazanc verəcəyinə dair yalan vəd verib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA