Füzulidə kanaldan kişi meyiti tapılıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Füzuli rayonunun Əhmədbəyli kəndi ərazisində Baş Mil kanalında naməlum kişi meyitinin aşkarlanması ilə bağlı müraciət daxil olub.
Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Nazirlikdən bildirilib ki, meyitin kanaldan çıxarılmasına kömək məqsədilə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri həmin əraziyə cəlb olunub. Görülən tədbirlər nəticəsində meyit kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib