qanun.info.az
qanun.info.az

Kür çayından qanunsuz qum-çınqıl daşıyan şəxsin işi məhkəməyə göndərildi

Kür çayından qanunsuz qum-çınqıl daşıyan şəxsin işi məhkəməyə göndərildi
5-07-2022, 12:35 23 dəfə baxılıb

Zəkəriyəyev Nəriman Şirin oğlu tərəfindən Mingəçevir şəhəri ərazisində qanunsuz qum-çınqıl hasilatı işlərinin aparılması faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Baş Prokurorluqdan verilən məlumata görə, aparılmış istintaqla müəyyən edilmişdir ki, Nəriman Zəkəriyəyev Mingəçevir şəhərində Kür çayı axmazında yerləşən qum-çınqıl yatağında öz qulluq mövqeyindən istifadə etməklə 2018-ci ilin may ayından 2022-ci ilin yanvar ayınadək olan müddət ərzində dövlət mülkiyyətində olan 9.400 m2 torpaq sahəsini qazanc əldə etmək məqsədilə özbaşına istismar edərək dövlətə və təbiətə 202 min manat məbləğində maddi ziyan vurub.

Toplanmış sübutlar əsasında Nəriman Zəkəriyəyevə Cinayət Məcəlləsinin 188.4.2 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 247 (İşlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi (qorunması) qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA