Ağcabədidə qonşusunun atını güllələyib öldürən şəxs saxlanılıb
Ağcabədidə qonşusunun atını güllələyən şəxs saxlanılıb.
Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinə iyulun 4-də Sarıcalı kənd sakini E.Məmmədova məxsus atın kənd ərazisində tüfənglə öldürülməsi barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində bu əməli törətməkdə şübhəli bilinən kənd sakini Emin Əliyev müəyyən edilərək saxlanılıb. Ondan "Churchil” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.