qanun.info.az
qanun.info.az

Qara Qarayev prospektində qəza baş verib, 5 nəfər yaralanıb

Qara Qarayev prospektində qəza baş verib, 5 nəfər yaralanıb
6-07-2022, 14:31 42 dəfə baxılıb

Qara Qarayev prospektində metronun "Xalqlar dostluğu” stansiyasının qarşısında "Çinar Trans” MMC-nin istismarında olan 40 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, 99 JZ 249 DQN-lı avtobus dayanacağda olduğu zaman qanunsuz sərnişindaşıma ilə məşğul olan 99 DJ 615 DQN-lı Toyota Prius markalı minik avtomobili arxadan avtobusa dəyib. Daşıyıcı şirkətdən verilən məlumata əsasən qəza nəticəsində avtobusda olan sərnişinlərdən dörd nəfər və minik avtomobilinin sürücüsü xəsarət alıb.

 

 

 

Hadisə ilə bağlı müvafiq araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA