qanun.info.az
qanun.info.az

Bu gün ölkədə narkotik istifadəçilərinin sayı rəsmi qeydiyyatda olanlardan çoxdur - DİN

Bu gün ölkədə narkotik istifadəçilərinin sayı rəsmi qeydiyyatda olanlardan çoxdur - DİN
6-07-2022, 14:43 43 dəfə baxılıb

Bu gün ölkədə narkotik istifadəçilərinin sayı rəsmi qeydiyyatda olanlardan çoxdur.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi İslam Hümbətov deyib.

O bildirib ki, narkotikə meyilli şəxslərin sayı, vaxtında aşkarlanması, əhalinin maarifləndirilməsi proritet məsələlərdəndir.

 

 

 

"DİN tərəfindən aparılan tədbirlər nəticəsində son 2 il 6 ay ərzində ölkədə narkotik vasitələrlə mübarizə sahəsində 19 mindən çox cinayət faktı aşkarlanıb, 7 tondan çox narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb.

Narkotik vasitələri satanlar əsasən xarici ölkələrdən istifadə olunan profillər vasitəsilə işini həyata keçirir və gəncləri, qadınları cəlb edir. Narkomaniya ailədaxili münaqişələrin sayının artmasına da təsir edir. Buna görə narkomaniya ilə mübarizədə valideynlərin önəmi böyükdür",-idarə rəisi bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA