qanun.info.az
qanun.info.az

Keçmiş arvadına balta ilə xəsarət yetirən Qazax sakini tutulub

Keçmiş arvadına balta ilə xəsarət yetirən Qazax sakini tutulub
22-07-2022, 12:50 49 dəfə baxılıb

İyulun 20-i saat 04 radələrində Qazax rayonu Qarapapaq kənd sakini 1982-ci il təvəllüdlü İlhamə Xasməmmədovanın xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Qazax rayon prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin keçmiş əri, 1981-ci il təvəllüdlü Eldəniz Xasməmmədovun birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı balta ilə çoxsaylı xəsarətlər yetirərək İlhamə Xasməmmədovanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Eldəniz Xasməmməd şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA