qanun.info.az
qanun.info.az

Bakıda hündürlükdən yıxılan fəhlə ölüb

Bakıda hündürlükdən yıxılan fəhlə ölüb
29-07-2022, 14:25 42 dəfə baxılıb

İyulun 18-i saat 22 radələrində Nərimanov rayonu, Böyükşor qəsəbəsi ərazisində yerləşən "Metak” MMC-də qaynaqçı işləyən 1986-cı il təvəllüdlü Vüqar Paşayevin xəsarət alması və aldığı xəsarətlərdən iyulun 28-də xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Nərimanov rayon prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, Vüqar Paşayev MMC-nin boru istehsalı sexində dam örtüyünü təmir edən zaman hündürlükdən yıxılaraq xəsarətlər alıb.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

 

 

 

İş üzrə istintaq davam edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA