qanun.info.az
qanun.info.az

Saxta avtomobil reklamları ilə vətəndaşları aldadan dələduzlar saxlanılıb

Saxta avtomobil reklamları ilə vətəndaşları aldadan dələduzlar saxlanılıb
29-07-2022, 14:44 43 dəfə baxılıb

Ucar Rayon Polis Şöbəsinin əməkdaşları saytlarda elan yerləşdirib vətəndaşları aldadan şəxsləri saxlayıblar.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirlər nəticəsində vətəndaşları dələduzluq yolu ilə aldadaraq zərərçəkənlərin pullarını mənimsəyən Neftçala rayon sakinləri, 26 yaşlı Orxan İskəndərov və 37 yaşlı Elmar Fərəcov saxlanılıblar. İlkin dindirmə zamanı saxlanılan şəxslər vətəndaşlara qarşı dələduzluq etdiklərini etiraf ediblər.

Saxlanılan şəxslərin ətrafında aparılan tədbirlərlə məlum olub ki, onlar avtomobil elanları saytlarında "Vaz” markalı avtomobillərin şəkillərini və məlumatlarını özlərinə məxsus nəqliyyat vasitəsi kimi təqdim edərək, həmin avtomobillərin dəyərindən ucuz qiymətə satılması barədə elanlar yerləşdiriblər. Daha sonra isə onlara zəng edən alıcılarla satış qiyməti barədə razılığa gəldikdən sonra alıcılara avtomobili almaq üçün beh göndərmələrini tələb edib, zərərçəkmişlərə özlərinə məxsus bank hesab nömrəsi tədqim ediblər. Alıcılar tərəfindən beh göndərildikdən sonra isə qabaqcadan əlbir olan tanışlar zərərçəkmişlərin telefon zənglərinə cavab verməyərək onlarla əlaqəni kəsmiş və həmin şəxslərin pullarını dələduzluq yolu ilə mənimsəmişlər.

Faktlarla bağlı hər iki şəxs barəsində Ucar RPŞ-də cinayət işi açılıb, onlar barəsində həbs qətimkan tədbiri seçilib.

 

 

 

Polis əməkdaşları Orxan İskəndərovun və Elmar Fərəcovun digər analoji cinayətlərdə iştirakını da istisna etmir.

Əgər bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin "102” Zəng Mərkəzinə, həmçinin Ucar RPŞ-nə və ya şəhər telefonlarından 02021-3-00-53 nömrəsi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA