qanun.info.az
qanun.info.az

Xırdalanda partlayışda yaralananların adları məlum olub

Xırdalanda partlayışda yaralananların adları məlum olub
4-08-2022, 00:30 41 dəfə baxılıb

Abşeron rayonunun Xırdalan şəhərində yerləşən beşmərtəbəli yaşayış binasında baş verən partlayışda yaralananların adları məlum olub.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, həmin partlayış nəticəsində xəsarət alanların adları aşağıda qeyd olunub.

Həsənzadə Cavid Zaur (1981-ci il təvəllüdlü), Əhmədov Orxan Fərhad (1986-ci il təvəllüdlü). Onlar baş,boyun,hər iki yuxarı və aşagı ətrafların 2-3-cü dərəcəli termiki yanığı ilə Yanıq Mərkəzinə yerləşdirilib.

 

 

 

Əhmədov Fuad Bəyoğlan oğlu (1991-ci il təvəllüdlü), vəziyyəti orta ağır olaraq qiymətləndirlir. O, natamam yanıq məhsulları ilə zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Nuru Nurlan Yaşar oğlu (1997-ci il təvəllüdlü), vəziyyəti kafi olaraq qiymətləndirilir. O, baro travma diaqnozu ilə ambulator yardımdan sonra evə göndərilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA