qanun.info.az
qanun.info.az

Türkiyədə atışma olub, yaralananların arasında bir neçə azərbaycanlı da var

Türkiyədə atışma olub, yaralananların arasında bir neçə azərbaycanlı da var
12-09-2022, 16:06 19 dəfə baxılıb

Türkiyənin İstanbul vilayətinin Sarıyer rayonunda atışma baş verib.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, atışma ticarət mərkəzində yerləşən kafedə olub. Hadisə nəticəsində 6 nəfər yaralanıb.

Bildirilib ki, kafedə oturan iki qrup arasında naməlum səbəbdən mübahisə yaranıb. Mübahisə atışma ilə nəticələnib.

Həkimlər tərəfindən 1-i Türkiyə, 4-ü Azərbaycan və 1-i İran vətəndaşı olmaqla, yaralılara tibbi yardım göstərilərək ətraf xəstəxanalara çatdırılıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu öyrənilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA