qanun.info.az
qanun.info.az

Ötən sutka 31 yanğına çıxış olub - FHN

Ötən sutka 31 yanğına çıxış olub - FHN
12-09-2022, 16:14 18 dəfə baxılıb

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 31 yanğına çıxış və 7 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

 

 

 

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 9 nəfər xilas edilib, yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib. Həmçinin, yanğınsöndürən-xilasedicilər tərəfindən Şəki şəhərinin Baş Zəyzid kəndində cərəyan vurması nəticəsində ölən 1 nəfərin meyiti elektrik dirəyindən düşürülərək aidiyyəti üzrə təhvil verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA