qanun.info.az
qanun.info.az

Ötən sutka 39 yanğına çıxış olub, 2 azyaşlı xilas edilib - FHN

Ötən sutka 39 yanğına çıxış olub, 2 azyaşlı xilas edilib - FHN
14-09-2022, 10:14 23 dəfə baxılıb

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 39 yanğına çıxış və 1 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

 

 

 

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2 nəfər azyaşlı xilas olunub. Həmçinin, yanğın zamanı 50 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA