qanun.info.az
qanun.info.az

Narkotikli halda avtomobil sürən şəxs saxlanılıb

Narkotikli halda avtomobil sürən şəxs saxlanılıb
19-09-2022, 11:11 21 dəfə baxılıb

Qubada narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Quba rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı "Baic” markalı nəqliyyat vasitəsinin sürücüsü Orxan Məmmədov yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə YPX əməkdaşları tərəfindən nəzarət-yoxlama qaydasında saxlanılıb.

Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr olduğundan o, tibbi müayinədən keçirilib.

 

 

 

Müayinənin nəticəsinə əsasən həmin şəxsin narkotik vasitənin təsiri altında olması sübuta yetirilib. O.Məmmədovun barəsində qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbir görülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA