qanun.info.az
qanun.info.az

Mopedi almaq istəyən şəxs yoxlamaq üçün sürüb və geri qayıtmayıb

Mopedi almaq istəyən şəxs yoxlamaq üçün sürüb və geri qayıtmayıb
31-10-2022, 14:27 39 dəfə baxılıb

Quba Rayon Polis Şöbəsinə müraciət edən zərərçəkən, Quba şəhəri yeni avtovağzalın qarşısında ona məxsus mopedini almaq istəyən, özünü Şükür kimi təqdim edən şəxsə mopedini yoxlamaq üçün verdiyini və sonuncunun mopedi sürüb getdiyini və geri qayıtmadığını bildirib.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan dələduzluq əməlini törətməkdə şübhəli bilinən rayonun Zərdabi qəsəbə sakini Şükür Quliyev saxlanılıb. O, ifadəsində əməlini etiraf edib.

 

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA