qanun.info.az
qanun.info.az

Balakəndə qanunsuz küçə ticarəti ilə məşğul olanlar cərimələnib

Balakəndə qanunsuz küçə ticarəti ilə məşğul olanlar cərimələnib
14-11-2022, 14:00 23 dəfə baxılıb

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində qanunsuz küçə ticarətinin qarşısının alınması məqsədilə növbəti nəzarət-profilaktik tədbirlər keçiriblər.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlər zamanı səkiləri zəbt edərək piyadaların hərəkətini çətinləşdirən, küçələrdə antisanitar vəziyyət yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılar aşkarlanıb. Polis əməkdaşları həmin şəxslərlə maarifləndirici söhbətlər aparıb və müəyyən edilən yerlərdə bu fəaliyyətlə məşğul olmalarının vacibliyini onların diqqətinə çatdırıblar.

Ümumilikdə qanunsuz küçə ticarəti ilə məşğul olan 10-a yaxın şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 454-cü (Qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin görülməsinə görə) maddəsi ilə protokol tərtib olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA