qanun.info.az
qanun.info.az

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
14-11-2022, 14:06 29 dəfə baxılıb

Noyabr ayının 11-də saat 21:00-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz” sərhəd dəstəsinin İmişli rayonunun Qaragüvəndikli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, keçirilmiş tədbirlər nəticəsində Qazax rayon sakini 1986-cı il təvəllüdlü Sadıqov Orxan Yunis oğlu saxlanılmış və şəxsin üzərinə baxış keçirilərkən 1 ədəd bağlamanın içərisində təxmini çəkisi 9 kiloqram 900 qram narkotik vasitəyə bənzər maddələr (9 kq 300 qram "marixuana”, 100 qram "tiryək” və ümumi çəkisi 500 qram olan 400 ədəd psixotrop tərkibli "metadon-40” həbləri) aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA