qanun.info.az
qanun.info.az

Sabirabadda qonşusuna iynə vurub öldürən qadının işi məhkəməyə göndərildi

Sabirabadda qonşusuna iynə vurub öldürən qadının işi məhkəməyə göndərildi
16-11-2022, 15:10 25 dəfə baxılıb

Sabirabadda qonşusunun ölümünə səbəb olan qadının barəsində olan cinayət işi məhkəməyə göndərilib.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Sabirabad rayon prokurorluğundan verilən məlumata görə, cari ilin iyulun 7-də Sabirabad rayonu, Yaxa Beşdəli kənd sakini Gülnaz Mecidovanın "anafilaktik şok” nəticəsində ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə başlanmış cinayət işinin istintaqı tamamlanıb.

İstintaqla zərərçəkmişin xahişi ilə həmkəndlisi Sevda Əhmədovanın "Ceftriaxone” tərkibli antibiotik preparatını ev şəraitində Gülnaz Mecidovanın sol qoluna sınaq inyeksiyasını etməsi nəticəsində yaranmış "anafilaktik şok”dan sonuncunun ölməsinə əsaslı şübhələr müəyyən edilib.

 

 

 

Toplanmış sübutlar əsasında Sevda Əhmədovaya Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilməklə barəsində "başqa yerə getməmək haqqında iltizam " qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Sabirabad rayon Məhkəməsinə göndərilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA