qanun.info.az
qanun.info.az

Abşeronda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Abşeronda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
22-11-2022, 10:02 22 dəfə baxılıb

Abşeron rayonu Novxanı-Binəqədi yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki,  bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, bu gün saat 20 radələrində 1961-ci il təvəllüdlü Cəfər Məmmədov idarə etdiyi "Sentra” markalı avtobusla 1996-cı il təvəllüdlü Seyran Qəyyumovu vurub. Zərbənin təsirindən piyada əks istiqamətdə hərəkət edən avtomobil yoluna düşərək hadisə yerində ölüb.

Sürücü saxlanılıb. Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA