qanun.info.az
qanun.info.az

Cəlilabadda avtomobillə vurulan iki qardaşın biri öldü

Cəlilabadda avtomobillə vurulan iki qardaşın biri öldü
22-11-2022, 10:11 22 dəfə baxılıb

Cəlilabadda iki qardaş avtomobillə vurulub.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Göytəpə şəhəri ərazisində baş verib.

Rayonun Kazımabad kənd sakini Fəqan Əmirov idarə etdiyi "VAZ 2107" markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən Göytəpə şəhər sakinləri, 2000-ci il təvəllüdlü Kərimov Gündüz Tacəddin oğlu və qardaşı, 1990-cı il təvəllüdlü Kərimov Orxan Tacəddin oğlunu vurub.

Hər iki yaralı xəstəxanaya çatdırılsa da G.Kərimov xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Cəlilabad rayon Polis şöbəsində cinayət işi başlanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA