qanun.info.az
qanun.info.az

DSX hərbçilərinin qəzaya düşməsi ilə bağlı cinayət işi başlandı

DSX hərbçilərinin qəzaya düşməsi ilə bağlı cinayət işi başlandı
22-11-2022, 10:12 21 dəfə baxılıb

Cəbrayıl rayonunda Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının yol qəzasına düşməsi ilə bağlı cinayət işi başlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Cəbrayıl rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Xatırladaq ki, noyabrın 22-də rayonun Şükürbəyli kəndində "Shacman" markalı yük avtomobili hərəkətdə olarkən Dövlət Sərhəd Xidmətinə məxsus "UAZ" markalı avtomobilin hərəkət zolağına çıxıb. Nəticədə qəza baş verib və bir neçə hərbçi xəsarət alıb, baş çavuş Elmir Abbasov isə xəstəxanada vəfat edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA