qanun.info.az
qanun.info.az

Ötən sutka ərzində 16 yanğına çıxış olub - FHN

Ötən sutka ərzində 16 yanğına çıxış olub - FHN
22-11-2022, 10:14 28 dəfə baxılıb

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 16 yanğına çıxış, 6 halda köməksiz vəziyyətdə qalma və 1 avtoqəza faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 6-sı azyaşlı olmaqla 9 nəfər xilas edilib, Bakı şəhərinin Qaradağ rayonunda "Hyundai” markalı iki minik avtomobilinin toqquşması nəticəsində nəqliyyat vasitələrindən birində sıxılı vəziyyətdə qalan 1 nəfər avtomobildən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA