qanun.info.az
qanun.info.az

Bakıda ata 2 yaşlı oğlunu bıçaqladı

Bakıda ata 2 yaşlı oğlunu bıçaqladı
24-11-2022, 10:16 21 dəfə baxılıb

Səbail rayonunda 2 yaşlı uşağın bıçaqlanması ilə bağlı bağlı polisə məlumat daxil olub.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildiriblər.

Noyabrın 23-də saat 20 radələrində Y.Mürsəlov küçəsində evlərin birində Yevlax rayon sakini 1990-cı il təvəllüdlü Saqi Kərimov 1976-cı il təvəllüdlü qayınanasına yüngül və 2020-ci il təvəllüdlü oğluna isə daxilə nüfuz edən, sonra özünün boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə S.Kərimova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra saxlanılıb.

Faktla əlaqədar CM-nin 126-cı maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA