Masallı və Qubada ikimərtəbəli ev yanıb
Masallı rayonunun Şıxlar kəndində ümumi sahəsi 320 m² ( hər mərtəbəsi 160 m²) olan ikimərtəbəli evin 1-ci mərtəbəsində döşəmə 4 m² sahədə, 2-ci mərtəbəsində tavan 36 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanıb.
Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən bazar günü bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bundan əlavə, Quba rayonunun Küpçalqışlaq kəndində ümumi sahəsi 264 m² (hər mərtəbəsi 132 m²) olan ikimərtəbəli evin 1-ci mərtəbəsinin yanar konstruksiyaları 25 m² sahədə və bitişik, ümumi sahəsi 30 m² olan talvar yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.