Yevlaxda yataqxanada yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib
Yevlax şəhərində üçmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində ümumi sahəsi 36 m² olan mənzilin 1 otağında ev əşyaları 20 m² sahədə yanıb.
Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.
Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.