Göyçayda "06" piyadanı vurub öldürdü
Göyçay rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayon sakini Fərid Zəkəriyəyev idarə etdiyi "VAZ-2106” markalı avtomobillə Bığır-Hacalıkənd yolunda hərəkətdə olan zaman piyada, 1957-ci il təvəllüdlü Vasib Cəlilovu vurub. Xəstəxanaya yerləşdirilən V.Cəlilov orada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.