İmişlidə məktəb binasında baş verən yanğın söndürülüb
İmişlinin Yuxarı Qaralar kəndində məktəb binasında baş verən yanğın söndürülüb.
Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, çağırış üzrə əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin 7 texnikası cəlb olunub.
Alovun yayılmasının qarşısı alınıb və yanğın söndürülüb.
Qeyd edək ki, polis əməkdaşları tərəfindən hadisə yerinin mühafizəsi təmin olunub, təxirəsalınmaz təhlükəsizlik tədbirləri həyata keçirilib.