qanun.info.az
qanun.info.az

Gədəbəydə ər arvadını qətlə yetirdi

Gədəbəydə ər arvadını qətlə yetirdi
6-12-2022, 16:25 31 dəfə baxılıb

Gədəbəydə ər arvadını qətlə yetirib.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Gədəbəy rayonunun Şəkərbəy kəndi ərazisində 1990-cı il təvəllüdlü Könül Abdullayevanın öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1990-cı il təvəllüdlü Elməddin Abdullayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı balta ilə çoxsaylı xəsarətlər yetirərək Könül Abdullayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

 

 

Hazırda prokurorluq və polis əməkdaşları hadisə yerinin müayinəsini aparırlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA