qanun.info.az
qanun.info.az

DSX-nin özünü güllələyən əsgəri vəfat edib

DSX-nin özünü güllələyən əsgəri vəfat edib
7-12-2022, 09:29 28 dəfə baxılıb

Özünü güllələyən əsgərin ölümü ilə bağlı rəsmi açıqlama yayılıb.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, bu barədə çərşənbə günü Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, 30 noyabr 2022-ci il tarixindən müalicəsi Gəncə Mərkəzi Klinikasında davam etdirilən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nuriyev Kənan Hafiz oğlu həkimlərin göstərdiyi səylərə baxmayaraq, 6 dekabr 2022-ci il tarixində xəstəxanada vəfat edib.

 

 

 

"Dövlət Sərhəd Xidmətinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir",- deyə məlumatda qeyd olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA