qanun.info.az
qanun.info.az

Qanunsuz dovşan ovçuları saxlanılıb

Qanunsuz dovşan ovçuları saxlanılıb
26-12-2022, 11:30 36 dəfə baxılıb

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayonun Orta Muğan kəndi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən üç nəfər saxlanılıb.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, araşdırmalarla onların rayon sakinləri – Pərviz Astanov, Emin Əliyev və Əhliman Əliyev olduqları müəyyən edilib.

Həmin şəxslərdən 3 ədəd müvafiq sənədləri olmayan ov silahı və qanunsuz olaraq ovlanmış 11 ədəd dovşan aşkarlanaraq götürülüb.

 

 

 

Faktla bağlı Saatlı RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA