Xaçmazda 35 yaşlı kişi qətlə yetirilib
Yanvarın 11-də saat 23 radələrində Xaçmaz rayonu Laman kəndində Ağyazı Buduq kənd sakini 1988-ci il təvəllüdlü Rəşid Apayevin ölməsi barədə polisə məlumat daxil olub.
Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, DİN-in mətbuat xidmətindən bildirilib ki, illin məlumata görə hadisə kəndin meşə ərazisində Kürdəmir rayon sakini 1993-cü il təvəllüdlü Həmzə Həmzəyevin ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində baş verib.
R.Apayev müharibə iştirakçısıdır.
Araşdırma aparılır.