qanun.info.az
qanun.info.az

Füzulidə silah-sursat aşkar edilib

Füzulidə silah-sursat aşkar edilib
16-01-2023, 10:43 15 dəfə baxılıb

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdəki tərk edilmiş hərbi mövqelərdən silah-sursatın və partlayıcı vasitələrin toplanması istiqamətində intensiv tədbirlər davam etdirilir.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri növbəti tədbirlər zamanı müxtəlif silah-sursat aşkar edilib. Tapılan 45 avtomat, 11 pulemyot, 9 qumbaraatan, 2 tank əleyhinə idarə olunan raket sistemi, 2 snayper tüfəngi, 4 tapança, 1 AQS və lent qutuları, 3 əl qumbarası, 15 partladıcı, 2 gecə görmə cihazı, 1500 müxtəlif çaplı patron və digər döyüş sursatları aidiyyəti üzrə təhvil verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA