qanun.info.az
qanun.info.az

Gədəbəydə yanacaq daşıyan avtomobil yanıb

Gədəbəydə yanacaq daşıyan avtomobil yanıb
16-01-2023, 10:46 16 dəfə baxılıb

Bu gecə saat 01:30 radələrində Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Gədəbəy şəhərində yanacaqdaşıyan avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, FHN-dən verilən xəbərə görə, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN Dövlət Yanğından Mühafizə Xidməti Gədəbəy Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının 32 ton həcmində dizel yanacağı daşıyan vətəndaşa məxsus "Shacman" markalı yanacaqdaşıyan avtomobilin kabina hissəsində baş verdiyi və hər an yanacaq çəninə keçmək riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində kabinadakı yanğın qısa müddətdə söndürülərək yanacaq çəninə keçməsinə və böyük fəsadlarla nəticələnməsinə imkan verilməyib.

 

 

 

Yanğın nəticəsində avtomobilin kabina hissəsi yanıb, avtomobilin qalan hissəsi, o cümlədən yanacaqla dolu çəni yanğından mühafizə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA