qanun.info.az
qanun.info.az

Şamaxı sakinlərindən narkotik və 5 tüfəng götürülüb

Şamaxı sakinlərindən narkotik və 5 tüfəng götürülüb
17-01-2023, 10:35 12 dəfə baxılıb

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan və qanunsuz odlu silah saxlayan şəxslərə qarşı əməliyyatlar keçirilib.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən ilk əməliyyat zamanı müxtəlif növ narkotik vasitələrin satışında şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də bir neçə dəfə məhkum olunmuş Babək Nuriyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan yarım kiloqrama yaxın qurudulmuş marixuana, 400 qramdan artıq tiryək və 167 qram heroin aşkar edilərək götürülüb. Polis əməkdaşları tərəfindən keçirilən digər əməliyyatlar nəticəsində isə daha 3 nəfər -Orxan Abuşov, Tacəddin və Rəşid Mustafayevlər saxlanılıb. Onların üzərinə keçirilən baxış zamanı O.Abuşovdan heroin, T.Mustafayevdən marixuana və R.Mustafayevdən tiryək aşkarlanaraq maddi sübut kimi istintaqa təhvil verilib.

Faktlarla bağlı rayon polis şöbəsinin istintaq bölməsində cinayət işləri başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı isə rayon sakinləri - Radil Orucov, Səfər Qaydarov, Ramin Qarayev, İsmət Zeynallı və Əlvan Cəbrayılovdan müvafiq sənədləri olmayan 5 ədəd ov tüfəngi götürülüb. Həmin şəxslər barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA