Bakıda qardaş bacısını bıçaqladl
Bakıda qardaş bacısını bıçaqlayıb.
Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə paytaxtın Sabunçu rayonunda baş verib. Qəsəbə sakini Yasər Rüstəmov münaqişə zəminində bacısını bıçaqlayıb.
Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində 1992-ci təvəllüdlü Yasər Rüstəmov polis əməkdaşları tərəfindən saxlanılıb.