qanun.info.az
qanun.info.az

Subartezian quyularının kabellərini oğurlayan şəxs saxlanılıb

Subartezian quyularının kabellərini oğurlayan şəxs saxlanılıb
21-01-2023, 10:22 13 dəfə baxılıb

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin dekabr və cari ilin yanvar ayları ərzində rayonun bir neçə kəndi ərazisində yerləşən subartezian quyularına məxsus cərəyan kabellərini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, araşdırmalarla onun Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Mübariz Bayramov olduğu müəyyən edilib. Dindirilmə zamanı həmin şəxs törətdiyi oğurluq əməllərini etiraf edib.

 

 

 

Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA