Bakıda gənc oğlan bulvarda intihara cəhd edib
Bakının mərkəzində gənc oğlan intihara cəhd edib.
Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, hadisə Bakı Bulvarında baş verib.
Gecə saatlarında naməlum şəxs bulvarda qoluna kəsik xəsarətləri yetirərək intihara cəhd edib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.