Beyləqanda minik avtomobili yanıb
Beyləqan rayonunda minik avtomobili yanıb.
Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Yeni qəsəbə yaşayış massivində "Niva" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.