Oğuz rayonunda ev yanıb
Oğuz rayonunda yanğın baş verib.
Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Qumlaq kəndində ümumi sahəsi 134 m² olan kürsülü, birmərtəbəli evin yanar konstruksiyaları və əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.