Bakıda yataqxanada yanğın olub
Bakı şəhərinin Nərimanov rayonunda üçmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsinin dəhlizində ümumi sahəsi 20 m² olan mətbəxdə 5 m² sahədə mebel, 1 ədəd paltaryuyan maşın və 1 ədəd qaz sobası yanıb.
Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yüksək temperaturdan dəhlizdə quraşdırılan 1 ədəd qaz sayğacı, 1 ədəd elektrik açarı və 2 ədəd plastikdən ibarət qapı əriyib. Yanğın zamanı Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən 3 nəfər bina sakini (onlardan 1-i azyaşlıdır) təhlükəsiz əraziyə təxliyə olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.