qanun.info.az
qanun.info.az

Tərtərdə ana ölümünə səbəb olan həkim polis nəzarətində saxlanılır - Baş Prokurorluq

Tərtərdə ana ölümünə səbəb olan həkim polis nəzarətində saxlanılır - Baş Prokurorluq
24-01-2023, 13:19 13 dəfə baxılıb

Baş Prokurorluq Tərtər sakininin ölümü ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara aydınlıq gətirib.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən  verilən məlumatda bildirilir ki, bəzi sosial şəbəkə və media səhifələrində Tərtər rayon sakini Sahilə Əsədovanın doğuşdan sonra ölməsinə dair Bərdə rayon prokurorluğunda qeyri-obyektiv araşdırma aparılması, zəruri istintaq hərəkətlərinin yerinə yetirilməməsi və digər həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

Bildiririk ki, qeyd edilən faktla bağlı Bərdə rayon prokurorluğunda 02.08.2022-ci il tarixdə Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanaraq istintaq aparılıb.

İbtidai İstintaqın gedişində Sahilə Əsədovanın ölümünün cərrahiyyə əməliyyatı zamanı həkim səhvindən baş verməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında xəstəxanada həkim ümumi-cərrah vəzifəsində işləyən Teymur Əlləzov Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Hazırda iş üzrə istintaq davam edir.

Baş Prokurorluğun Mətbuat xidməti sosial şəbəkə və media səhifələrində yayılmış həmin məlumatları təkzib edərək rəsmi qurumla dəqiqləşdirilməmiş yalan və qərəzli məlumatları yaymamağı, bu qəbildən olan məlumatları paylaşan media nümayəndələri barəsində ciddi tədbirlər görüləcəyini diqqətə çatdırır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA